İranla bağlı gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaradıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə davam edən hərbi qarşıdurmaların təsiri Yaponiyada da hiss olunmağa başlayıb. Xammal tədarükündə yaranan problemlər səbəbindən ölkədə plastik məhsulların istehsalı və satışı çətinləşib.
BAKU.WS xəbər verir ki, plastik istehsalında əsas komponentlərdən biri olan naftanın (yüngül maye karbohidrogen qarışığıdır) çatışmazlığı marketlərdə, çörək sexlərində və ictimai iaşə obyektlərində plastik torba, qida qabı və birdəfəlik əlcəklərin qıtlığına səbəb olub.
Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının məlumatına əsasən, alış-veriş və tullantı torbalarında istifadə olunan polietilen istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.
Mütəxəssislər bildirirlər ki, yaxın həftələrdə vəziyyət daha da mürəkkəbləşə bilər. Bir sıra müəssisələr artıq plastik qablaşdırmadan istifadəyə məhdudiyyət tətbiq etməyə başlayıb.
Oxşar problemlərin Cənubi Koreya və Tayvanda da müşahidə edildiyi bildirilir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...