İranın raket hücumları fonunda Hindistan tankeri Hörmüz boğazını tərk edib

Dünya 33

Hindistana məxsus "Pine Gas" tankerinin heyəti İran tərəfindən həyata keçirildiyi iddia edilən kütləvi raket hücumlarına baxmayaraq, Hörmüz boğazının akvatoriyasından çıxmağı bacarıb.

BAKU.WS xəbər verir ki, bu barədə gəminin baş köməkçisi Sohan Lal "Reuters" agentliyinə açıqlamasında bildirib.

Məlumata görə, gəmi mayeləşdirilmiş təbii qaz (LNG) yükünü ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatından bir gün əvvəl yükləyib. Plan üzrə tanker Hörmüz boğazını bir həftə sonra tərk etməli idi, lakin bölgədəki hərbi gərginlik səbəbindən bu mümkün olmayıb.

Nəticədə gəmi təxminən üç həftə təhlükəli zonada qalmalı olub. Bu müddət ərzində 27 nəfərlik heyət səmada raketlərin və pilotsuz uçuş aparatlarının hərəkətini müşahidə edib. Bir gecə isə gəminin yaxınlığından beş raketin keçdiyi bildirilib.

Hindistan hakimiyyəti 11 martda ekipaja boğazı tərk etməyə hazırlaşmağı tövsiyə edib. Lakin İrandan rəsmi icazə yalnız 23 martda verilib.

Bundan sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəminin qeyri-adi marşrutla - Larək adasının şimalından keçən dar su yolundan hərəkət etməsinə göstəriş verib. Tankerin təhlükəsiz keçidi Hindistan Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə təmin olunub.

Son günlərdə Çin şirkəti COSCO Shipping Lines-a məxsus iki iri konteyner gəmisinin də Ormuz boğazını tərk etməkdə çətinlik yaşadığı bildirilir. Artan risklər səbəbindən bu gəmilər bir neçə dəfə marşrut dəyişsə də, təhlükəli zonanı keçə bilməyib və faktiki olaraq Fars körfəzində qalıb.

Son xəbərlər