İranın İsrailə atdığı raketlərin parçaları İordaniyaya düşüb – 3 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İsrailə atdığı raketlərin parçaları İordaniya ərazisinə düşüb. Üç nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İordaniyanın media və kommunikasiyalar naziri və hökumət sözçüsü Məhəmməd Momani bildirib.
Raket fraqmentləri krallığın müxtəlif bölgələrinə düşüb və maddi ziyan vurub. Rəsmi üç nəfərin yüngül xəsarət aldığı da vurğulanıb.
Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı kütləvi ballistik və hipersəsli raket hücumu həyata keçirib. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.
Oxşar xəbərlər
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Türkiyədə 4,6 maqnitulalı zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeralt...