İranın hücumu nəticəsində Bəhreyndəki ABŞ bazasının əsas komandanlıq mərkəzi məhv edilib
Bəhreyndəki ABŞ hava bazasının əsas komandanlıq mərkəzi İran raketləri və dronları tərəfindən hücuma məruz qalaraq məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasmin" xəbər agentliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı açıqlamada Bəhreynin Şeyx İsa rayonunda yerləşən binanı İranın hədəfə alındığı bildirilib.
Bəyanatda o da qeyd edilib ki, binaya 20 dron və 3 raket zərbəsi endirilib, bina dağılıb və yanacaq tankerləri məhv edilib.
Xatırladaq ki, rəsmi Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə dolayı nüvə danışıqları davam edərkən, ABŞ və İsrail 28 fevral şənbə günü səhərdən etibarən İrana hücumlara başlayıb.
İran isə buna qarşılıq olaraq bölgədəki ABŞ bazalarına raket hücumları ilə "Əsl vəd 4" əməliyyatı başladıb.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...