İranın hücuma məruz qalan neft emalı zavodu fəaliyyətini bərpa edir

İranın hücuma məruz qalan neft emalı zavodu fəaliyyətini bərpa edir
Dünya 6

Lavan araları ərazisində yerləşən və hava hücumundan zərər görən neft emalı zavodunda bərpa işləri sürətlə davam etdirilir.

BAKU.WS xəbər verir ki, bunu İran neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə dağıntıların aradan qaldırılması, zədələnmiş texniki avadanlıqların yenilənməsi və istehsal xətlərinin bərpası istiqamətində intensiv iş aparılır.

İran rəsmisi qeyd edib ki, yaxın 10 gün ərzində zavodun bir hissəsinin yenidən fəaliyyətə başlaması gözlənilir. Qalan bölmələrin isə mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.

Son xəbərlər