Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".
Etkisiz hâle getirilen balistik mühimmat ile ilgili açıklama.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 13, 2026
Statement on the neutralized ballistic munition.#MillîSavunmaBakanlığı pic.twitter.com/j6WdF7xqxq
***10:38
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi mənbələrə əsasən bildirib.
Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur: "Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir".
Oxşar xəbərlər
Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib
Ağ Ev ABŞ Konqresinə İrana qarşı hərbi əməliyyatın bitdiyini bəyan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Nüm...