İrandan ABŞ-nin 15 maddəlik təklifinə CAVAB: Şərtlər açıqlandı
İran vasitəçilər vasitəsilə ABŞ-nin münaqişənin tənzimlənməsi üzrə 15 maddədən ibarət planına rəsmi cavabını təqdim edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, cavab martın 25-də göndərilib və hazırda Tehran Vaşinqtonun reaksiyasını gözləyir.
İran tərəfi Yaxın Şərqdə müqavimət qruplarına qarşı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, münaqişənin yenidən başlanmaması üçün şəraitin yaradılması ilə bağlı şərtlər irəli sürüb. Bundan əlavə, şərtlərə əsasən, İrana ödəniləcək kompensasiyaların dəqiq müəyyənləşdirilməsi və təmin olunması tələb edilir.
"İranın Hörmüz boğazı üzərində suverenliyi Tehranın təbii və qanuni hüququdur və belə də qalacaq, həmçinin qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsinin təminatıdır", - deyə Tehranın cavabında qeyd olunub.
"The New York Times" qəzetinin məlumatına görə, ABŞ-nin planı İranın ballistik raket və nüvə proqramını, dəniz nəqliyyatı məsələlərini əhatə edir.
Təklifdə həmçinin İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı bənd də yer alır.
Oxşar xəbərlər
Atəşkəs bitdi, müharibə yenidən başladı: Pakistan Əfqanıstanda əməliyyata start verdi
Atəşkəs rejiminin başa çatmasının ardınca Pakistan ordusu Əfqanıstan ərazisində hərbi əməliyyatlara yenidən başlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...