İranda  Novruz Bayramı öncəsi şənliklər zamanı ölənlər sayı 8 nəfərə çatıb

İranda  Novruz Bayramı öncəsi şənliklər zamanı ölənlər sayı 8 nəfərə çatıb
Dünya 197

İranda Novruz Bayramı öncəsi şənliklər zamanı ölənlər sayı 8 nəfərə çatıb, daha 957 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

BAKU.WS xəbər verir ki, ISNA agentliyi bu barədə ölkənin Fövqəladə Hallar Təşkilatının rəhbəri Babək Yektəpərəstə istinadən xəbər verib.

Bundan əvvəl İran mediası 6 nəfərin öldüyünü bildirmişdi.

Qeyd edək ki, müasir bayram adətlərinə məişət pirotexniki vasitələrindən - atəşfəşanlıqdan, fişənglərdən istifadə daxildir. Çox vaxt bu növ materialların hazırlanmasında və istifadəsində təhlükəsizlik tədbirlərinə əməl olunmur, nəticədə yaşayış binalarında və küçələrdə partlayışlar baş verir, yoldan keçənlər, uşaqlar və böyüklər, o cümlədən səhhəti zəif olan insanlar ehtiyatsızlıqla atılan fişənglərdən əziyyət çəkirlər.

Oxşar xəbərlər

Ərdoğan Qəzza zolağına səfər etmək niyyətindədir

Ərdoğan Qəzza zolağına səfər etmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu açıqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o bu barə...

42 Dünya 23:23 11 oktyabr 2025

Son xəbərlər