İranda məmurlar üçün sosial şəbəkə qadağası qüvvəyə mindi

İranda məmurlar üçün sosial şəbəkə qadağası qüvvəyə mindi
Dünya 15

İranın Kibertəhlükəsizlik İdarəsi məmurlara ictimai şəbəkələrə qoşulan cihazlardan istifadə etməyi qadağan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

"Kiber Təhlükəsizlik İdarəsi məmurlara və təhlükəsizlik agentliklərinə ictimai şəbəkələrə qoşulmuş hər hansı cihazdan istifadə etməyi qadağan edib", - agentliyin açıqlamasında deyilir.

Bildirilir ki, sərəncam İran və İsrail arasında münaqişə fonunda verilib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək "Rising Lion" əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.

Son xəbərlər