İranda Laricani, Bəsic komandanı və gəmiçilərin dəfn mərasimi keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
İranda hərbi əməliyyatlar zamanı həlak olan yüksək vəzifəli şəxslərin dəfn mərasimi təşkil olunub.
BAKU.WS xəbər verir ki, məlumatı Tasnim News Agency yayıb. Bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymani və "Dena" hərbi gəmisinin heyət üzvləri Tehranda dəfn edilir.
Məlumata görə, mərasim Şəhrəkorddakı İnqilab meydanı yaxınlığında, İmamzadəgan ziyarətgahının qarşısında keçirilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlara start verilib. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...