İranda 20 min nəfər su qıtlığı ilə üzləşib

İranda 20 min nəfər su qıtlığı ilə üzləşib
Dünya 15

İranın Hörmözqan əyalətində ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan zərbələrdən sonra minlərlə sakin içməli su problemi ilə üzləşib.

BAKU.WS İran mediasına istinadən xəbər verir ki, əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur hadisə ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin raket hücumu nəticəsində Bemani rayonunda yerləşən iki strateji su anbarı tamamilə sıradan çıxıb.

Söhbət Bemani rayonu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik su rezervuarlarından gedir.

Rəsmi məlumatda qeyd olunub ki, hadisədən sonra həmin yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb və alternativ təchizat imkanları araşdırılır.

Məlumata əsasən, ümumilikdə təxminən 20 min nəfər su qıtlığı ilə üzləşib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər