İrana edilən zərbələr səbəbindən Avropada qazın qiyməti bir ildən sonra ilk dəfə 600 dolları keçdi
Avropa bazarında qazın qiyməti keçən ilin fevralından bəri ilk dəfə min kubmetr üçün 600 dollar səviyyəsini keçib.
BAKU.WS xəbər verir ki, Tass bu barədə agentliyi Londondakı ICE birjasına istinadla məlumat yayıb
Qiymətlər günün əvvəlindən bəri 18% artıb.
Hollandiyadakı TTF mərkəzində aprel fyuçersləri min kubmetr üçün təxminən 639 dollara yüksəlib ki, bu da meqavat-saat üçün 52,98 avroya bərabərdir. Bu qiymət dəyişikliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qlobal enerji ixracatının təxminən 20%-nin keçdiyi strateji marşrut olan Hörmüz boğazını bağlamaq barədə açıqlamaları fonunda baş verib.
SEPAH komandanının müşaviri general-mayor Ebrahim Cabari Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri "yandırmaqla" hədələyib. Lakin ABŞ Mərkəzi Komandanlığı boğazın mülki gəmiçilik üçün açıq qaldığını iddia edir.
Xatırladaq ki, 28 fevral səhəri ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Millətə müraciətində Amerika lideri ABŞ və İsrailin İrana hücumlarını Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı "tükənmiş səbr"lə əlaqələndirib.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Nəticədə Ali Lider Əli Xamenei həlak olub. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki ABŞ hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
Oxşar xəbərlər
150-yə yaxın rusiyalı Bakıdan Mahaçqalaya avtobuslarla yola salınıb
Dubaya uçmalı olan 150-yə yaxın rusiyalı Bakıdan Mahaçqalaya avtobuslarla təxliyə olunur. BAKU.WS-in məlumatına görə, buu barədə "360.ru"ya turistlərdən biri mə...