İrana bağlı silahlı qruplaşmalar Suriya ərazisinə keçiblər
Yeniliklərdən dərhal xəbərdar olun
İranın dəstəklədiyi silahlı qruplaşmalar, o cümlədən İraqın "Kətaib Hizbullah" və "Fatimiyyun" dəstələri Suriya ərazisinə daxil olub.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Məlumata görə, həmçinin "Həşdi-Şəəbi" qüvvələrinin də Suriyanın şərqindəki Əl-Bukamal yaxınlığındakı ərazilərdən keçdiyi görünüb.
Qeyd olunub ki, yaraqlılar yardımçı qüvvə kimi yerləşdirilmək üçün Suriyanın şimal cəbhələrinə göndərilirlər.
Xatırladaq ki, bir neçə gün öncə Suriyada Bəşər Əsəd hökumətinə qarşı çıxan müxalifət qüvvələr Hələb və İdlib şəhərində nəzarəti ələ keçiriblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...