İran XİN: Biz heç vaxt nüvə silahına sahib olmağa çalışmamışıq

İran XİN: Biz heç vaxt nüvə silahına sahib olmağa çalışmamışıq
Dünya 37

İranın xarici işlər nazirinin müavini Səid Xatibzadə bildirib ki, İran heç vaxt atom bombası yaratmağa çalışmayıb və gələcəkdə də bu istiqamətdə fəaliyyət göstərmək niyyətində deyil.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

"Biz heç vaxt nüvə silahına sahib olmağa çalışmamışıq və gələcəkdə də belə bir məqsədimiz olmayacaq," – deyə Xatibzadə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl "The Economist" nəşri yazmışdı ki, İsrail İranın nüvə başlığını raketə inteqrasiya etdiyinə dair məlumatlara əsaslanaraq Tehrana qarşı müharibəyə başlayıb.

İyunun 19-u axşam saatlarında Ağ Evdən verilən açıqlamada isə qeyd olunub ki, İranın nüvə silahı hazırlaması üçün cəmi bir neçə həftəyə ehtiyacı var. Bu məlumat fonunda "Fox News" kanalı bildirib ki, ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir.

Son xəbərlər