İran "Xatəm əl-Ənbiya" Qərargah rəisinin öldüyünü təsdiqlədi
25
iyn
2025
22:00
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub.
İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.
Oxşar xəbərlər
NASA-nın xərcləri 23% azaldılacaq
ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı...