İran və Rusiya prezidentləri İranın nüvə proqramı ətrafında yaranmış böhranı müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə görüş zamanı İranın nüvə proqramı ətrafındakı böhranı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpası məsələsini müzakirə etməyə nail olduqlarını bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, Çinə səfərindən sonra keçirilən mətbuat konfransında söyləyib.
"Sentyabrın 1-də biz Rusiya Federasiyasının Prezidenti ilə təxminən 4 saat davam edən danışıqlar apardıq və iqtisadi vəziyyət, nüvə problemi, "snapback" mexanizminin (BMT Təhlükəsizlik Şurası tərəfindən anti-İran sanksiyalarının bərpasını nəzərdə tutur – red.) işə salınması kimi bir çox məsələləri müzakirə etdik", - Pezeşkian deyib.
O qeyd edib ki, ŞƏT sammiti çərçivəsində Tacikistan Prezidenti Emomali Rəhmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə də birbaşa danışıqlar aparmağa nail olub.
Xatırladaq ki, avqustun 28-də "Avroüçlük" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək üçün "snapback" mexanizminin işə salınması təşəbbüsü ilə çıxış ediblər. Eyni zamanda, onlar oktyabrın 18-də başa çatacaq Tehrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvədə olma müddətinin uzadılması üçün İranın nüvə proqramı ilə bağlı danışıqları 30 gün ərzində davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Rusiya və Çin isə Təhlükəsizlik Şurasında 2231 saylı qətnamənin 2026-cı il aprelin 18-dək uzadılmasını təklif edən qətnamə layihəsini yayıblar.
Oxşar xəbərlər
Rusiya nefti ucuzlaşır - Rekord rəqəmlər açıqlandı
Avqust ayının yekunlarına görə Rusiyanın əsas ixrac brendi sayılan "Urals" markalı neftin orta qiyməti 57,55 ABŞ dolları təşkil edib. BAKU.WS-in məlumatına gör...
