İran və Oman Hürmüz boğazı ilə bağlı razılığa gəldi
İran və Oman Hürmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin edəcək marşrutun yaradılması ilə bağlı razılıq əldə edib.
BAKU.WS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, iki sahilyanı dövlət arasında aparılan danışıqlar nəticəsində nəzərdə tutulan marşrutun coğrafi koordinatları üzrə razılıq əldə olunub. Bildirilib ki, marşrutun texniki, hüquqi, təhlükəsizlik və ekoloji aspektləri İranın aidiyyəti qurumları tərəfindən ətraflı şəkildə qiymətləndirilib.
İsmayıl Bəqayi qeyd edib ki, üçüncü tərəflər prosesə mane olmazsa, tərəflərin razılaşdırdığı əsas məqamları özündə əks etdirən birgə bəyanatın da yaxın vaxtlarda yekunlaşdırılması gözlənilir.
Yeni marşrutun Hürmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin artırılmasına xidmət edəcəyi bildirilir.
Oxşar xəbərlər
Serenay Sarıkayanın diqqətsizliyi ona baha başa gəldi - İki dəfə 30 000 ödəyibmiş...
Türkiyənin tanınmış aktrisası Serenay Sarıkaya bu dəfə şəxsi həyatı ilə deyil, əmlak vergisi ödənişi zamanı baş verdiyi iddia olunan anlaşılmazlıqla gündəmə gəl...