İran Təl-Əvivə raket zərbələri endrib

İran Təl-Əvivə raket zərbələri endrib
Video
Dünya 68

İran ordusu İsrailin Təl-Əviv şəhərinə raket zərbələri endirib. Raketlərin düşməsi nəticəsində Tel-Əviv yaxınlığında iki nəfər həyatını itirib, bir nəfər isə ağır xəsarət alıb.

BAKU.WS xəbər verir ki, məlumatı "Magen David Adom" yayıb.

Raket hücumu şəhərin şərq hissəsində yerləşən Ramat-Gan və Bney-Brak ərazilərində qeydə alınıb.

Ramat-Gan şəhərində həkimlər qəlpə yaraları alan bir kişi və bir qadının həyatını xilas edə bilməyiblər. Bney-Brakda isə 25 yaşlı bir kişi ağır qol travması ilə xəstəxanaya çatdırılıb və hazırda ona tibbi yardım göstərilirb

Tel-Əviv şəhərinə raket hücumu zamanı dəmir yolu stansiyası da ziyan görüb. Düşən qəlpələr və sursat hissələri stansiyada ciddi dağıntılara səbəb olub.

Məlumata görə, dəmir yolu vağzalının yerləşdiyi ərazidə əhəmiyyətli ziyan qeydə alınıb.

Son xəbərlər