İran Səudiyyə Ərəbistanındakı bazada yerləşən beş ABŞ təyyarəsinə ziyan vurub

İran Səudiyyə Ərəbistanındakı bazada yerləşən beş ABŞ təyyarəsinə ziyan vurub
Dünya 42

Səudiyyə Ərəbistanında yerləşən və Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin də istifadə etdiyi Şahzadə Sultan hərbi bazasına İran tərəfindən həyata keçirilən hava hücumu zamanı ABŞ-yə məxsus beş ədəd tanker təyyarəyə ziyan dəyib.

BAKU.WS Oxu.Az -a istinadən xəbər verir ki, aviasiya vasitələri zərər görsə də, bütövlükdə sıradan çıxmayıb və hazırda bərpa işləri aparılır. İnsident zamanı insan tələfatı və ya yaralanan qeydə alınmayıb.

Xəbərdə həmçinin qeyd olunur ki, sonuncu hadisə ilə birlikdə Amerika Birləşmiş Ştatlarının zərər çəkmiş və ya tamamilə məhv olmuş tanker təyyarələrinin ümumi sayı ən azı yeddiyə yüksəlib.

Son xəbərlər