İran rəsmisi ABŞ gəmilərini hədəf almaqla bağlı xəbərdarlıq edib
16
apr
2026
14:37
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ hərbi gəmiləri ilə bağlı sərt açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Məlumata görə, Rzayi Hörmüz boğazı bölgəsində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin İran raketlərinin hədəfində olduğunu bildirib.
O qeyd edib ki, raketlərin mövqeləri dəyişdirilib və "USS Abraham Lincoln" daxil olmaqla bütün ABŞ gəmiləri hədəf kimi müəyyən edilib.
Rzayi həmçinin bildirib ki, mövcud vəziyyəti atəşkəs deyil, "müvəqqəti sakitlik" kimi qiymətləndirmək olar.
Oxşar xəbərlər
Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu noyabrın ortalarında Əbu-Dabidə baş tuta bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...