İran raketləri İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib
13
iyn
2025
23:01
İran tərəfindən buraxılmış bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.
BAKU.WS xəbər verir ki, raket hücumları zamanı İsrail Müdafiə Nazirliyinin qərargahına qarşı 7 zərbə endirilib. Eyni zamanda, təqribən 50 raket İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla vurulub.
Müdafiə Nazirliyinin binasına dəymiş dəqiq zərbələrdən sonra səma qırmızı və tüstülərlə dolub.
Hadisə nəticəsində mülki obyektlərdə zərər və dağıntılar olub. Lakin ölüm və ciddi yaralanma kimi xəbərlər təsdiq edilməyib.
Oxşar xəbərlər
Məsud Pezeşkian: ABŞ qalib gəlməyəcək, dünya ağır bədəl ödəyəcək
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə bağlı açıqlamasında müharibənin heç bir tərəfə fayda verməyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, Pezeşkian Pakistan...