İran PUA-ları İsrailin Hayfadakı yanacaq anbarlarına zərbələr endirib
İran Hərbi Hava Qüvvələri PUA-larla İsrailin Hayfadakı yanacaq anbarlarına zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agnetliyi məlumat yayıb.
Qeyd edilib ki, İran bunu İsrailin onun neft anbarlarına təşkil etdiyi hücuma cavab olaraq edib.
O da vurğulanıb ki, ABŞ və İsrail qarşı mübarizə haqq qüvvələrinin batil üzərində qələbəsinə qədər davam edəcək.
Xatırladaq ki, ötən ayın 28-də ABŞ-İsrail İrana hava hücumları təşkil edib. Bu hücumlar İranda həm hərbi, həm də mülki obyektləri əhatə edib, xeyli itkiyə və infrastruktura geniş ziyan vurub.
Bundan sonra İran regional bazalarda Amerika və İsrail mövqelərini raket və dronlarla hədəfə alıb.
Oxşar xəbərlər
Nigeriyada yanlış hava zərbəsi 56 nəfərin ölümünə səbəb oldu
Nigeriyada ordu tərəfindən yanlış həyata keçirilən hava hücumu faciə ilə nəticələnib. BAKU.WS xəbər verir ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşə...