İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
Dünya 0

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.

BAKU.WS xəbər verir ki, İranın dövlət teleradio şirkəti bununla bağlı məlumat yayıb.

Məlumata görə, komitədə "Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında" qanun layihəsi təsdiqlənib.

Qeyd edək ki, avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinin hazırlandığını bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər