İran "Mossad"ın qərargahına hücumda izlənilməsi mümkün olmayan raketlərdən istifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (Mossad) Təl-Əviv yaxınlığında yerləşən qərargahına zərbələr endirmək üçün izlənilməsi və ya tutulması mümkün olmayan raketlərdən istifadə edib.
BAKU.WS "Report"a istinadən verdiyi məlumata görə, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayiniq bildirib.
"Bugünkü hücumda (Mossadın qərargahına - Qeyd) izlənilə və ya tutula bilməyən raketlərdən istifadə etdik", - deyə o qeyd edib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına və "Mossad"ın qərargahına raket zərbəsi endirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...