İran limanları gəmiçilik və humanitar xidmətlərə açıq elan edilib
İran Limanlar və Dənizçilik Təşkilatı ölkənin limanlarında gəmiçilik, ərzaq təminatı və tibbi xidmətlərin göstərilməsinin tam hazır olduğunu açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Hörmüz boğazı və ətraf sularında hərəkət edən ticarət gəmilərinə ünvanlanan müraciətdə İran limanlarının müxtəlif xidmətlər üçün istifadəyə açıq olduğu bildirilib.
Açıqlamada qeyd olunur ki, İran sularında və dayanacaq zonalarında olan gəmilər zərurət yarandıqda yanacaq, ərzaq təminatı, tibbi yardım və texniki xidmətlərdən yararlana biləcəklər.
Eyni zamanda, gəmilərin təmir və texniki dəstək ehtiyaclarının da qarşılanacağı vurğulanıb.
İran tərəfi bu addımın regionda dəniz nəqliyyatının təhlükəsizliyini və fasiləsiz fəaliyyətini təmin etməyə yönəldiyini bildirib.
Oxşar xəbərlər
ABŞ İranla danışıqlar üçün Tehrana beş şərt irəli sürdü
ABŞ Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı İranla aparılan danışıqların davam etdirilməsi üçün Tehrana bir sıra şərtlər irəli sürüb. BAKU.WS-in məlum...