İran kəşfiyyatına məlumat ötürən britaniyalı xüsusi təyinatlı belə ələ keçib - TƏFƏRRÜAT
Böyük Britaniya ordusunun hərbçisi, 23 yaşlı Daniel Xəlifə İran xüsusi xidmət orqanlarına məxfi məlumatları ötürdüyü üçün təqsirli bilinib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Britaniyalı hərbçi 2023-cü ilin sentyabrında istintaq altında olduğu "Wandsworth" həbsxanasından qaçması ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. O, özünü yemək çatdırma yük maşınının altına bağlayaraq qaçıb və üç gün boyunca gizlənərək nəhayət Londonda kanal yaxınlığında ələ keçib.
İstintaqın məlumatına görə, Xəlifə İran kəşfiyyatına xüsusi təyinatlı qüvvələrin zabitlərinin adları da daxil olmaqla, böyük həcmdə məxfi material ötürüb.
Daniel dindirmələr zamanı İran hökuməti ilə əlaqə saxladığını etiraf edib. O, bunu Böyük Britaniya üçün ikiqat agent kimi işləmək planının bir hissəsi kimi təqdim edib. Xəlifənin dediyinə görə, bu planı məşhur "Vətən" ("Homeland") serialına baxarkən hazırlayıb.
O, 16 yaşında Britaniya ordusuna qatılıb və döyüşlərdə iştirak edən, eləcə də xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə daxil olan Kral Rabitə Korpusuna göndərilib.
17 yaşında İran kəşfiyyatı ilə əlaqəsi olan şəxslə konktakt yaradıb və məlumat ötürməyə başlayıb. 2021-ci ilin əvvəllərində Texas ştatının Fort-Cavazos bazasında keçirilən birgə təlimlərdə iştirak etdiyi zaman NATO-nun məxfi giriş icazəsini əldə edib.
Böyük Britaniyanın təhlükəsizlik xidmətinin əməkdaşları Dinel Xəlifənin İranla əlaqələrindən xəbərsiz olub. Lakin o, MI6 ilə əlaqə saxlayıb və ikiqat agent kimi çalışmağı təklif etdikdən sonra bu əlaqələr üzə çıxıb.
Oxşar xəbərlər
İlon Mask Assancın əfv edilməsini dəstəklədi
Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində ABŞ konqresmenləri Tomas Massi və Ceyms MakQovernin prezident Co Baydenə WikiLeaks-in qurucusu, jurnalist Cu...