İran İsrailə hücumlarda ilk dəfə ortamənzilli ballistik raketdən istifadə edib

İran İsrailə qarşı hücumlarda ilk dəfə ortamənzilli "Xeybər Şekan" ("Kheibar Shekan") adlı üçüncü nəsil ballistik raketdən istifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Qeyd edək ki, 1 450 km mənzilli raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir və müəyyən olunmuş hədəfi yüksək dəqiqliklə vurur.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb və bunu Tehranın nüvə və raket proqramlarını pozması ilə əsaslandırıb. İslam Respublikası bir neçə saat sonra cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən bir-birlərinə zərbələr endiriblər. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananların olması barədə məlumat veriblər, bir sıra obyektlərin vurulduqlarını açıqlayıblar. Qarşılıqlı zərbələr davam edir.
Oxşar xəbərlər
İsrail HHQ İranın F5 qırıcılarını vurdu
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı "Dezful" hava limanında yerləşən iki F5 tipli döyüş təyya...
