İran İsrail və ABŞ hərbi obyektlərinə hücum etdiyini açıqlayıb

İran İsrail və ABŞ hərbi obyektlərinə hücum etdiyini açıqlayıb
Dünya 43

İran İsrailin hərbi aviasiya mərkəzlərinə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirib.

BAKU.WS xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu "Sadiq Vəd 4" əməliyyatının 55-ci mərhələsi çərçivəsində İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirildiyini açıqlayıb.

Bildirilir ki, hücumlarda "Fəttah", "İmad", "Qədir", "Fateh", "Zülfüqar" və "Dezful" tipli raketlər, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub. İran tərəfi Tel-Əvivdə hərbi aviasiya silah istehsalı və hava yanacaq təminatı mərkəzlərinin vurulduğunu iddia edib.

Həmçinin BƏƏ-də yerləşən Əl-Dafra hava bazası, Bəhreyndəki Cüfeyr dəniz bazası və Şeyx İsa hava bazasının da raket və dronlarla hədəfə alındığı bildirilib

Son xəbərlər