İran İsrail hədəflərinə kaset başlıqları ilə təchiz olunmuş "Qədr" raketləri atıb

İran İsrail hədəflərinə kaset başlıqları ilə təchiz olunmuş Qədr raketləri atıb
Dünya 36

İran İsrail hədəflərinə kaset başlıqları ilə təchiz olunmuş "Qədr" raketləri atıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İranın 28-ci cavab raket hücumları dalğası İsrail mediasında ciddi reaksiyalara və etirazlara səbəb olub.

Belə ki, İran sözügedən hücumlar zamanı İsrailə qarşı kaset başlıqları ilə təchiz olunmuş "Qədr" raketləri atıb.

Əvvəllər kaset döyüş başlıqları əsasən "Xeybər" və "Xorrəmşəhr" kimi raketlərdə müşahidə olunub.

İranın cavab əməliyyatının 28-ci dalğasına təxminən bir ton ağır döyüş başlığı olan "Emad" raketləri də daxil idi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini bəyan edib. Daha sonra ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da əməliyyatda iştirak etdiyini açıqlayıb.

Rəsmi Tehran isə cavab olaraq İsrail ərazisinə onlarla ballistik raket atıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldüyü barədə məlumat yayılıb.

Bununla yanaşı, İran ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra qonşu ölkələrə də raket zərbələri endirib. Təhlükəsizlik səbəbilə həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.

Son xəbərlər