İran: Hörmüz boğazında gəmiçiliyin fəaliyyəti normal davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar davam edir və boğazda gəmiçiliyin vəziyyətində hər hansı dəyişiklik qeydə alınmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bəqayinin sözlərinə görə, iyulun 24-25-də Tehranda keçirilən görüşlər zamanı iki ölkənin nümayəndələri Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi məqsədilə, hər iki dövlətin suveren hüquqlarına hörmət prinsipi əsasında ortaq mexanizmləri və əməkdaşlıq yollarını müzakirə ediblər. O qeyd edib ki, bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub.
XİN sözçüsü əlavə edib ki, Oman nümayəndə heyəti iyulun 25-i axşam Tehranı tərk etsə də, tərəflər arasında texniki və siyasi məsləhətləşmələr davam etdirilir.
Bəqayi vurğulayıb ki, hazırda Hörmüz boğazında gəmiçilik fəaliyyətində hər hansı dəyişiklik müşahidə olunmur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...