İran hava məkanını açıb
İran hava məkanını açıb.
BAKU.WS xəbər verir ki, bu barədə "İran İnternational" portalı məlumat yayıb.
Qeyd olunub ki, ölkənin hava məkanı təxminən beş saat bağlı qalıb.
"Flightradar24" portalında əksini tapan məlumata görə, artıq İran üzərindən uçuşlar həyata keçirilməyə başlanılıb.
***08:08
İran aviasiya təhlükəsizliyi ilə bağlı fövqəladə qərar qəbul edərək ölkənin hava məkanında uçuşlara ciddi məhdudiyyətlər tətbiq edib.
BAKU.WS xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı NOTAM bildirişinə əsasən, xüsusi icazə almış beynəlxalq reyslər istisna olmaqla, ölkə üzərindən hava hərəkəti müvəqqəti dayandırılıb.
Uçuşların izlənməsi üzrə beynəlxalq "Flightradar24" platformasının məlumatında göstərilir ki, hazırda İran hava məkanında yalnız Banqkok və Quançjou istiqamətindən hərəkət edən iki təyyarə qeydə alınıb.
Bu isə hava sahəsinin faktiki olaraq tam nəzarət altına alındığını göstərir.
Oxşar xəbərlər
KİV: İran ABŞ-nin İraq və Küveytdəki obyektlərinə qarşı yüzlərlə dron hücumu edib
İran ABŞ-nin İraq və Küveytdəki obyektlərinə qarşı yüzlərlə dron hücumunu iddia edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçi...