İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb

14
iyn
2025
13:11
İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi İranın hava limanları və hava naviqasiyası şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ölkənin bütün hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Uçuşların dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib", - məlumatda deyilir.
Vətəndaşlar hava limanlarına getməkdən çəkinməyə və sonrakı rəsmi məlumatlar və xəbərləri izləməyə çağırılır.//Report.az
Oxşar xəbərlər
Onur Tuna bu serialla ekranlara qayıdır
Məşhur aktyor Onur Tuna yeni layihəsi ilə ekranlara qayıdır. BAKU.WS xəbər verir ki, o yeni "Aynadaki Yabancı" serialında rol alacaq. Sujet xəttində anaya qovu...