İran ABŞ-yə mesaj verdi: "Şərtlərimizi qəbul etməyə məcburdur"
İran ABŞ-lə aparılan danışıqlarla bağlı sərt mövqe nümayiş etdirib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai bildirib ki, Vaşinqtonun Tehranla razılığa gəlmək üçün alternativi yoxdur.
BAKU.WS İranın rəsmi IRNA agentliyinə istinadən xəbər verir ki, Rızai qeyd edib ki, "ABŞ ağıllı davranmaq istəyirsə, İranın danışıqlardakı şərtlərini qəbul etməlidir".
Onun sözlərinə görə, region ölkələri və neft alıcıları keçid marşrutlarının bağlanması səbəbindən ABŞ-yə təzyiq göstərir. Bu ölkələr Hörmüz boğazı üzərindən nəqliyyatın bərpası üçün Vaşinqtondan addım atmağı tələb edir.
Rızai həmçinin bildirib ki, İran parlamentində boğazdan keçidlərin ödənişli olması ilə bağlı qanunvericilik təşəbbüsləri müzakirə olunur. O vurğulayıb ki, boğazla bağlı qaydalar müharibədən əvvəlki vəziyyətə qaytarılmayacaq.
Sonda iranlı rəsmi qeyd edib ki, Tehran ABŞ-lə danışıqlarda irəli sürdüyü 10 şərtdən geri çəkilmək niyyətində deyil.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...