İran ABŞ və İsrailə sərt xəbərdarlıq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailə qarşı sərt bəyanat səsləndirib.
BAKU.WS "Fars" agentliyinə istinadən xəbər verir ki, SEPAH mümkün yeni hücumların regiondan kənara yayılan genişmiqyaslı müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bəyanatda bildirilib ki, ABŞ və İsrail əvvəlki qarşıdurmalardan nəticə çıxarmayıb və yenidən təhdid ritorikasına əl atır.
"Onlar dünyanın ən bahalı iki ordusunun bütün gücü ilə bizə hücum etsələr də, biz bütün imkanlarımızdan istifadə etmədik. Əgər hücum təkrarlanarsa, növbəti regional müharibə artıq Yaxın Şərqlə məhdudlaşmayacaq", – açıqlamada qeyd olunub.
SEPAH həmçinin İran xalqını "müharibə xalqı" adlandıraraq güclərinin sosial şəbəkələrdə deyil, döyüş meydanında nümayiş etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də Vaşinqtonun bölgədə müharibəni yenidən alovlandıracağı təqdirdə ABŞ-ni "çoxlu sürprizlərin" gözlədiyini bildirmişdi.
Oxşar xəbərlər
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatıb. BAKU.WS xəbər verir ki, saat 17:00-a olan göstəricilərə əsasən, seçicilərin 48,9 faiz...