İran ABŞ-nin "E-3 Sentry" xüsusi kəşfiyyat təyyarəsini vurub
Martın 27-də İran tərəfindən Səudiyyə Ərəbistanı ərazisində yerləşən Şahzadə Sultan Hərbi Hava Bazası raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Hücum nəticəsində ABŞ-yə məxsus xüsusi kəşfiyyat təyyarəsi də zərər görüb.
BAKU.WS xəbər verir ki, məlumatı "The Wall Street Journal" amerikalı və ərəb rəsmilərinə istinadən yayıb.
Hadisə zamanı 12 ABŞ hərbçisinin yaralandığı qeyd olunur. Bundan əlavə, bir neçə hərbi təyyarə, o cümlədən iki ədəd "KC-135 Stratotanker" də zədələnib.
Zərər görən texnikalar arasında "E-3 Sentry" də yer alır. Bu təyyarə döyüş şəraitində uzaq məsafədən raketləri, pilotsuz uçuş aparatlarını və digər hava hədəflərini real vaxtda izləmək üçün istifadə olunur və əməliyyatların koordinasiyasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət ediblər. BAKU.WS "Report"a istina...