İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Hörmüz boğazında İran neft tankerinə və Keşm adasındakı rabitə qülləsinə endirdiyi iddia olunan zərbələri kəskin şəkildə pisləyib.
BAKU.WS xəbər verir ki, İran tərəfi bəyan edib ki, bu hücumlar aprelin 8-də əldə olunmuş atəşkəs razılaşmasının, eləcə də beynəlxalq hüququn pozulması deməkdir.
Rəsmi Tehran həmçinin Küveyt və Bəhreyni ABŞ-yə öz ərazilərindən və infrastrukturundan istifadə imkanı yaratmaqda ittiham edib. Bildirilib ki, bu ölkələr baş verən hadisələrə görə birbaşa məsuliyyət daşıyırlar.
Açıqlamada vurğulanıb ki, İran öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq üçün qanuni müdafiə hüququndan istifadə edəcək. Tehran zərurət yaranacağı təqdirdə hücumların mənbəyini və həyata keçirildiyi nöqtələri hədəfə ala biləcəyini də bəyan edib.
İran sonda baş verənlərin nəticələrinə görə ABŞ, İsrail və onlara dəstək verən tərəflərin məsuliyyət daşıyacağını bildirib.
Oxşar xəbərlər
Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib
Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. BAKU.WS xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "İra...