İran ABŞ hərbçilərinin əsir götürüldüyünü iddia edib
İran rəsmisi ABŞ hərbçilərinin əsir götürüldüyünü iddia edib.
BAKU.WS xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Silahlı Qüvvələrinin bir neçə hərbçisinin əsir alındığını açıqlayıb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Laricani bildirib ki, İran qüvvələri tərəfindən keçirilən əməliyyatlar zamanı amerikalı hərbçilər ələ keçirilib. Lakin iddia ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi məsələ ilə bağlı "Əl‑Cəzirə" telekanalına açıqlama verib. O bildirib ki, İran tərəfinin amerikalı əsgərlərin əsir götürülməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir və bunu "dezinformasiya" adlandırıb.
Oxşar xəbərlər
Məşhur brendin 800 dollarlıq yeni ayaqqabıları LAĞA QOYULDU
Fransız moda evi "Chanel"in yeni yaradılan ayaqqabı kolleksiyası bəyənilməyib. BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, Matye Blasinin rəhbərliyi altında...