İran-ABŞ danışıqları təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
"İran və ABŞ arasında dolayı danışıqların davam etdirilməsi nümayəndə heyətlərinin planlarının uyğunsuzluğu səbəbindən təxirə salınıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi sosial şəbəkə hesabında yazıb.
Məlumatda deyilir: "Logistikanı götür-qoy edərək, ABŞ və İran arasında əvvəlcə mayın 3-nə planlaşdırılan görüşün vaxtını yenidən nəzərdən keçirdik".
XİN rəhbərinin sözlərinə görə, yeni tarix hər iki tərəf onu razılaşdırdıqdan sonra açıqlanacaq.
Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb. Oman danışıqlarda vasitəçi kimi çıxış edir.
Oxşar xəbərlər
SEPAH: Hörmüzdə vurulan ABŞ dronlarının sayı 68-ə çatıb
İslam İnqliabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, Hörmüz boğazı və Fars körfəzinin İran sahillərində indiyədək ABŞ-yə məxsus 68 pilotsuz uçuş parat...