İran 3800 kilometr məsafədə yerləşən ABŞ-Britaniya bazasına ballistik raketlər atıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Böyük Britaniya və ABŞ-nin birgə hərbi obyektinə zərbə endirməyə cəhd edib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, İran ölkə ərazisindən təxminən 3 800 kilometr məsafədə yerləşən Dieqo-Qarsiya adasına doğru iki ballistik raket buraxıb. Lakin raketlər hədəfə çatmayıb.
Məlumata görə, ABŞ hərbçiləri təhlükənin qarşısını almaq məqsədilə "SM-3" tipli zenit-raket kompleksi vasitəsilə ələkeçirmə cəhdi ediblər. Bununla belə, əməliyyatın nəticəsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...