İngiltərədə qadın polis zabiti məhkumla sevgi münasibəti quraraq ona məlumatlar ötürdüyü üçün həbs edilib

İngiltərədə qadın polis zabiti məhkumla gizli münasibət quraraq ona məlumat ötürdüyünə görə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qritr Mançester Polis İdarəsində çalışan 27 yaşlı Coni Keni narkotik alverinə görə həbsdə olan Joş Velan ilə cəzaevinin gözləmə otağında öpüşərkən təhlükəsizlik kameralarına düşüb.
BAKU.WS xəbər verir ki, araşdırmalar zamanı Kennynin hətta polis formasında belə Velan ilə yaxın münasibətini davam etdirdiyi məlum olub.
Liverpul Asliye Cinayət Məhkəməsində keçirilən məhkəmədə məlum olub ki, Keni məhkum Velana polis məlumatları ötürüb və onun cəzaevində cinayət fəaliyyətlərini davam etdirməsi üçün 20 fərqli mobil telefon çatdırıb.
Velan həbsdən çıxdıqdan sonra da Kennynin qanunsuz münasibətlərinə son qoymadığı üzə çıxıb. Bu dəfə Keni İspaniyaya qaçan və polis tərəfindən axtarışda olan 28 yaşlı Rahim Mottley ilə münasibət qurub. O, Mottleyə polis basqınları barədə öncədən xəbər verdiyi və polis bazasında onunla bağlı araşdırma apardığı üçün təqsirli bilinib.
Məhkəmədə hakim Neil Flewitt Keniyə xitabən bildirib: "Siz yalnız polisi və cəmiyyəti deyil, eyni zamanda özünüzü, ailənizi və dostlarınızı da məyus etdiniz. Etməyinizin yanlış olduğunu bilirdiniz."
Məhkəmə qərarına əsasən, 31 yaşlı Joş Velan 2 il 8 ay, Rahim Mottley isə 2 il 4 ay həbs cəzasına məhkum edilib.



Oxşar xəbərlər
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici...