İngiltərədə"kritik vəziyyət" elan edilib

İngiltərədəkritik vəziyyət elan edilib
Dünya 501

İngiltərədə qrip və digər tənəffüs yolu xəstəliklərindəki artım xəstəxanalar üzərində ciddi təzyiq yaradıb. Bu səbəbdən bir çox xəstəxana "kritik vəziyyət" elan edib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Royal Liverpool Universitet Xəstəxanası və Birmingham Universitet Xəstəxanaları, təcili tibbi yardım xidmətlərinə olan böyük tələbat səbəbilə xəstələrə, alternativ səhiyyə xidmətlərindən istifadə etməyi tövsiyə edib.

Royal Liverpool Universitet Xəstəxanasının tibbi direktoru Oliver Zuzan bildirib ki, həkimlər xəstələri mümkün qədər tez müalicə etməyə çalışırlar. Lakin daha təcili vəziyyətlərə üstünlük verildiyi üçün bəzi xəstələr daha uzun müddət gözləməli olacaqlar.

NHS-in verdiyi məlumata görə, 2024-cü ilin son günlərində qrip səbəbilə xəstəxanada müalicə olunan xəstə sayı 4 qat artaraq 5 min nəfəri keçib. 29 dekabr tarixində bu göstərici təxminən 25% artışla 5 min 74 nəfərə çatıb.

Surrey, Hampshire, Plymouth və North Bristol bölgələrində yerləşən xəstəxanalar da qrip və digər xəstəliklərdə ciddi artış olduğunu bildirib. Xüsusilə bu ay ərzində xəstəxanalarda tənəffüs yolu xəstəliklərinin artması müşahidə olunub.

İngiltərənin səhiyyə naziri Wes Streeting qeyd edib ki, bu qış qrip səbəbilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı ötən ilə nisbətən 3 dəfə artıb və NHS üzərində böyük təzyiq yaradıb.

Son xəbərlər