İlin ən böyük asteroidlərindən biri Yerə yaxınlaşıb
Bu gün ilin ən böyük asteroidlərindən biri Yerə yaxınlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, hadisə Moskva vaxtı ilə saat 10:00-da (red: Bakı vaxtı ilə 11:00) baş verib.
Bildirilib ki, Göy cisminin diametri 290 metrə qədərdir və Ayın orbitinin diametrindən bir qədər böyük məsafədəndir. Asteroidin kütləsi Çelyabinsk meteoritindən təxminən 1000 dəfə böyükdür.
Mütəxəssislər qeyd edirlər ki, obyekt potensial təhlükəli kimi təsnif edilir, lakin Yerlə toqquşma ehtimalı tamamilə istisna edilib. Onun hazırkı trayektoriyası onu planetin yanından keçirməyə zəmanət verir.
Oxşar xəbərlər
Hindistanda sərnişin qatarı fillərə çırpıldı: 7 fil tələf oldu
Hindistanın Assam əyalətində baş verən qəzada sərnişin qatarı raylara çıxan fil sürüsünə çırpılıb. BAKU.WS xəbər verir ki, hadisə nəticəsində yeddi fil tələf o...