İlber Ortaylının vəsiyyəti həyata keçirildi

İlber Ortaylının vəsiyyəti həyata keçirildi
Dünya 77

Məşhur tarixçi professor İlber Ortaylının illər əvvəl dilə gətirdiyi vəsiyyət həyata keçirilib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Ortaylının istəyinə uyğun olaraq, onun ölüm xəbərini minarədən oxuyan səsindən təsirləndiyi imam-xətib Dursun Şahin elan edib.

Tarixçi illər öncə Üsküdardakı Çinili məscidində xidmət edən Dursun Şahinin səsini eşidərək onunla tanış olmaq istədiyini bildirib. Görüşdə Ortaylı imamın səsindən və üslubundan təsirləndiyini qeyd edərək, "Səndə fərqli bir tərz var, kimdən dərs almısan?" – sualını verib. Şahin isə musiqi dərslərini Amir Ateşdən aldığını bildirib.

Ortaylının Şahinə dediyi: "Mən ölsəm, elanı sən verəcəksən" sözləri onun bir növ vəsiyyəti sayılıb. Martın 13-də vəfat edən tarixçinin bu arzusu Dursun Şahin tərəfindən həyata keçirilib; imam minarədən dua oxuyaraq camaatı cənazə namazına çağırıb.

Son xəbərlər