İki yenidoğulmuş körpənin barmağını xəstəxanada siçan gəmirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda iki yeni doğulmuş körpə reanimasiya şöbəsində olarkən siçovulların hücumuna məruz qalıb.
BAKU.WS xəvər verir ki, bu barədə "Times Of India" məlumat yayıb.
Hadisə avqustun 31-nə keçən gecə İndor şəhərində, MY Hospitalın yenidoğulmuşların reanimasiya şöbəsində baş verib. Siçovullar anadangəlmə anomaliyaları olan ən azı iki körpənin barmaqlarını dişləyib. Baş həkimin sözlərinə görə, uşaqlar ciddi xəsarət almayıb və hazırda müalicə olunurlar.
Gəmiricilərin hücumuna səbəb leysan yağışlar və xəstələrin yaxınları və tibb işçiləri tərəfindən palatalara gətirilən yeməklər olub. Xəstəxanada dezinfeksiya sonuncu dəfə beş il əvvəl aparılıb. Həkimlər işçilərə sayıqlığı artırmağı tapşırıb və siçovulları cəlb edən məhsulların gətirilməsini qadağan ediblər. Zərərvericilərə qarşı mübarizə tədbirləri də nəzərdə tutulur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...