İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Ukraynada Donetsk vilayəti ilə Luqansk vilayətləri arasında bir neçə kənd yaxınməsafəli döyüşlər səbəbindən "boz zona"ya çevrilib.
BAKU.WS xəbər verir ki, "Report"un əməkdaşı bu bölgədən fotorepotaj hazırlayıb.
Xüsusilə Bruskovka və Yampol kəndlərinin əks tərəflərində hücum edərək mövqe tutan Rusiya ordusu və ona müqavimət göstərən Ukrayna ordusunun intensiv döyüşləri səbəbindən kəndlərdə əhali qalmayıb, xarabalığa çevriliblər.
Hər iki tərəfdən ordu kəndə daxil ola bilmir. Ukrayna əsgərlərinin müşahidəsinə əsasən, burada tək bir qoca qadın qalıb. O da həyətində yerə iri hərflərlə Ukrayna dilində "çörək" sözü yazaraq havada uçan dronlardan yardım istəyib.
Qalereya
Oxşar xəbərlər
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb. BAKU.WS "Report"a isti...