İki mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İki mindən çox Ermənistan vətəndaşı ABŞ-dən deportasiya təhlükəsi altındadır.
BAKU.WS Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bu barədə diasporla iş üzrə baş komissarı Zare Sinanyan məlumat verib.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) məlumatına görə, Amerika Birləşmiş Ştatlarının immiqrasiya siyasəti çərçivəsində 2808 Ermənistan vətəndaşı deportasiyaya məruz qalır.
"Biz 2000-dən çox Ermənistan vətəndaşını bilirik, lakin onların sayı daha çoxdur. Onlardan neçəsinin artıq deportasiya edildiyini bilmirik", - deyə Simonyan vurğulayıb.
Bundan əvvəl məlum olub ki, ABŞ qeyri-qanuni miqrantların yoluxucu xəstəliklər yayma təhlükəsi əsasında ölkədən çıxarılmasına imkan verəcək qaydalar tətbiq etməyi planlaşdırır.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...