"Hizbullah" İsrailin "Merkava" tankını vurub, PUA-larla hücuma keçib
Livan–İsrail sərhədində vəziyyət kəskin şəkildə gərginləşib.
BAKU.WS xəbər verir ki, İsrailə məxsus "Merkava" döyüş tankı "Hizbullah"ın hücumu nəticəsində ciddi zədələnib.
Tankın təxliyəsi üçün hadisə yerinə göndərilən daha iki zirehli texnika isə tank əleyhinə idarəolunan raket (PTUR) zərbəsinə məruz qalıb.
Bildirilir ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (SAXAL) quru bölmələri ölkənin cənubunda Livan sərhədini keçərək əməliyyata başlayıb. İsrail tərəfi bunu "Hizbullah"a qarşı hücum xarakterli əməliyyatın başlanğıcı kimi qiymətləndirir.
Eyni vaxtda Livanın şiə hərəkatı "Hizbullah" İsrail ərazisinə pilotsuz uçuş aparatları (PUA) buraxıb. Bu səbəbdən İsrailin Livanla sərhəd bölgələrində, o cümlədən Akko, Hayfa və Nahariya şəhərlərində hava həyəcanı sirenləri işə düşüb.
Məlumata əsasən, İsrail hava hücumundan müdafiə qüvvələri bəzi PUA-ları zərərsizləşdirə bilməyib.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...