"Hizbullah"ın baş katibi: Silahdan imtina etmək Livanın işğalına son qoymayacaq

Hizbullahın baş katibi: Silahdan imtina etmək Livanın işğalına son qoymayacaq
Dünya 35

"Hizbullah" müqavimət qüvvələrinin ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin tələblərini təmin etmək üçün silahlarından əl çəkməsi Livanın suverenliyini gücləndirməyəcək və işğala son qoymayacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu hərəkatın baş katibi Şeyx Naim Qasım televiziya vasitəsilə tərəfdarlarına müraciətində deyib.

"Silahlarımızı yerə qoysaq, İsrailin hücumları dayanmayacaq, ona görə də işğalın kölgəsində qalan tərksilah qrafiki ilə heç vaxt razılaşmayacağıq. Qoy İsrail əvvəlcə 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasını həyata keçirsin", - o söyləyib.

Şeyx Naim Qasım "Hizbullah"ın silah arsenalının 50 %-nin Livan ordusuna verilməsi müqabilində İsrailin Livanın cənubunda nəzarəti altında saxladığı üç bölgədən çıxarılmasını nəzərdə tutan Amerika planını qəbuledilməz adlandırıb.

Bu bəyanat Livan Nazirlər Kabinetinin silahları yalnız Livan ordusunun əlində cəmləşdirmək üçün qeyri-hökumət qruplarının tərksilah edilməsi planını müzakirə edərkən verilib. "Lebanon 24"ün məlumatına görə, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak Livan hakimiyyətinə bu planın birinci mərhələsini həyata keçirmək üçün 30 gün vaxt verib.

Son xəbərlər