Hindistanda xəstəxana işçisi tibb bacılarının gözü qarşısında stüardessaya təcavüz edib
Hindistanın Yeni Dehli şəhərində stüardessa xəstəxanaya yerləşdirildikdən sonra təcavüzə məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.
Məlumata görə, 46 yaşlı qadın 5 aprel tarixində aviaşirkət bazasında keçirilən təlim zamanı hovuzda az qala boğulub. O, beynəlxalq səviyyəli çoxprofilli "Medanta" tibb mərkəzinə yerləşdirilib.
Hadisə reanimasiya şöbəsində baş verib. Qadın süni nəfəs aparatına qoşulmuş vəziyyətdə olarkən xəstəxananın texniki heyətindən olan bir işçi onu iki tibb bacısının gözü qarşısında zorlayıb. Naməlum səbəbdən tibb bacıları hadisəyə müdaxilə etməyiblər.
Zərərçəkmiş qadın zəif vəziyyətdə olduğu üçün özünü müdafiə edə bilməyib. O, baş verənləri yalnız 13 aprel tarixində xəstəxanadan çıxdıqdan sonra ərinə danışıb və polisə şikayət edib. Polis əməkdaşları xəstəxana işçilərini dindirib, müşahidə kameralarının görüntülərini araşdırıb və nəticədə şübhəli şəxs həbs olunub.
Oxşar xəbərlər
Ekrem İmamoğluna hökm oxundu
İstanbul Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu haqqında növbəti məhkəmə hökmü çıxarılıb. O Tuzlanın sabiq icra başçısı Şadi Yazıcıya qarşı təhqiramiz ifadəl...