Hindistanda təyyarə qəzası: Ştatın vitse-baş naziri və daha 4 nəfər həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Maharashtra ştatında baş verən təyyarə qəzası nəticəsində ştatın vitse-baş naziri Ajit Pavar və daha 4 nəfər həyatını itirib.
BAKU,WS xəbər verir ki, Ajit Pavarın olduğu Learjet 45 tipli təyyarə Pune bölgəsindəki Baramati hava limanına eniş etməyə çalışarkən idarəetmədən çıxaraq yerə çırpılıb. Toqquşmadan sonra təyyarə alovlanıb.
Qəza nəticəsində 66 yaşlı Ajit Pavar, 2 pilot, 1 mühafizəçi və 1 kabin heyəti üzvünün həlak olduğu bildirilib.
Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) hadisə ilə bağlı açıqlamasında qəza zamanı sağ qalan olmadığını təsdiqləyib. Qeyd olunub ki, Ajit Pavar yerli seçki mitinqlərində iştirak etmək üçün səfərdə olub.
Hindistanın Baş naziri Narendra Modi faciə ilə bağlı başsağlığı verib. O, Ajit Pavarın xalqla sıx əlaqələri olan, çalışqan və idarəetmə sahəsində təcrübəli bir lider olduğunu vurğulayaraq, "Onun vaxtsız ölümü dərin sarsıntı və böyük kədər doğurur. Ailəsinə və yaxınlarına başsağlığı verirəm" deyə bildirib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...